$40 mln. dəyərində kartof ixrac edilib

2021-ci ilin yanvar-noyabr aylar ərzində Azərbaycan $39.87 mln. dəyərində 91 873.83 ton kartof ixrac edib.

Foodinfo.az Apa-ya istinadən xəbər verir ki,  Dövlət Gömrük Komitəsinin hesabatına görə, kartof ixracı hesabat dövründə qeyri-neft sektoru üzrə ixracında 1.69% paya sahibdir.

Qeyd edək ki, təkcə noyabr ayı ərzində $17.62 min dəyərində 39.2 ton kartof ixrac olunub.