Şabranda iki nəfər qutabdan zəhərləndi

Şabran rayonunda ev sahibi və kirayənişini qidadan zəhərlənib.

Foodinfo az xəbər verir ki, şəhərin Ü.Hacıbəyov küçəsində yaşayan ev sahibi, 1964-cü il təvəllüdlü Əmirov Zakir Qədim oğlu və evində kirayədə qalan 1994-cü il təvəllüdlü Kəlbəliyeva Xəyalə Mübariz qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onlara qida zəhərlənməsi diaqnozu qoyulub. Özlərinin bildirdiyinə görə, onlar birlikdə göy qutabı yeyiblər. Faktla bağlı araşdırma aparılır.