Ən zərərli qurudulmuş meyvələr hansılardır?

Qurudulmuş meyvələri seçərkən onların görünüşünə diqqət yetirmək son dərəcə vacibdir, çünki bu, məhsulun gizli zərəri barədə xəbərdarlıq edə bilər.

Foodinfo.az xəbər verir ki, bu barədə rusiyalı dietoloq Svetlana Pançenko xəbərdarlıq edib.

“Qurudulmuş meyvələrin görünüşü sizə onun necə emal edildiyini dəqiq söyləməlidir. Parlaq və çox yumşaqdırsa, çox güman ki, yağ və ya qliserindən istifadə edilmişdir. Məsələn, şəkər siropunda dəmləmə xurmaya parlaqlıq verir”, – deyə Pançenko bildirib.

O, qurudulmuş meyvələrin çoxunun daha uzun müddət saxlanılması və parazitlərdən qorunması üçün kükürd dioksidi ilə emal olunduğunu da vurğulayıb.

“Qurudulmuş meyvələri parıltısız, ən adi formada, qabığı çatlamadığı, normal qoxulu, çəyirdəyi ilə, qoz-fındığı isə qabığında alın”, – deyə diyetoloq əlavə edib.