Qarabaşaq yarmasının faydaları açıqlandı

Qarabaşaq yarması öz tərkibinə görə unikal və qiymətli məhsuldur. Bütün dənli bitkilər arasında məhz o, tərkibində yüksək miqdarda bitki mənşəli zülal olması ilə qiymətləndirilir. Bundan əlavə, məhsulda dəmir, maqnezium, fosfor, kalsium, sink var.

Foodinfo.az xəbər verir ki, bu barədə rusiyalı nutrisioloq Yekaterina Mixayilenko bildirib.

O, əlavə edib ki, qarabaşaq yarması A, D, C, E vitaminləri ilə yanaşı, B, P, PP qrupunun vitaminləri də zəngindir.

“Qarabaşaq özü qlütensiz məhsuldur, bu amil xüsusilə seliakiya (həzm sistemi ilə əlaqədar irsi xəstəlik) kimi xəstəliyi olan insanlar üçün vacibdir”.

Dietoloq onun rasiona daxil edilməsini vacib sayıb.

“Lakin yüksək kalorili məzmuna görə istifadəsi rasional olmalıdır. Buna görə də artıq çəki ilə mübarizə aparanlar qarabaşaq yarmasından ehtiyatla  istifadə etməlidir”, – deyə diyetoloq sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, qarabaşağın tərkibi sellüloz ilə zəngin olduğundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində də xeyirlidir. Müntəzəm olaraq qarabaşaqdan istifadə etməklə orqanizmdə olan şlakları və digər zəhərli maddələri xaric etmək mümkündür.

Bu dəyərli qida məhsulu qanda şəkərin miqdarını stabilləşdirir. Buna görə də diabet xəstələrinə qarabaşaqdan istifadə etmək faydalıdır. Həmçinin yüksək qan təzyiqindən şikayətlənənlər üçün də qarabaşaq olduqca xeyirlidir.

Qarabaşaq qaraciyərə də müsbət təsir göstərir, onun fəaliyyətini yaxşılaşdırır, eyni zamanda, böyrəklərin fəaliyyətinin normallaşmasına müsbət təsir göstərir.