Ötən gün 4 nəfər cərimələnib, 10 nəfər şənliyə buraxılmayıb

Dekabrın 15-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 168 toy şənliyinin monitorinqini həyata keçirib.

Foodinfo.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, monitorinq 166 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 10 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.