İlham Əliyev yenidən MOK prezidenti seçildi

Dekabrın 16-da Milli Olimpiya Komitəsinin  onlayn formatda VIII hesabat- seçki Baş Məclisi keçirilib

Foodinfo.az xəbər verir ki, əvvəlcə MOK-un İcrayyə Komitəsinin və Təftiş Komissiyasının hesabatı dinlənilib.

Hesabat -seçki Baş Məclisin iclasında Prezident İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib. Daha sonra İlham Əliyev, Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftaxetdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Könül Nurullayeva, Mariana Vasileva və Ramil Hacı MOK-un İcrayyə Komitəsinin üzvü seçiliblər.

İclasda MOK-un Təftiş Komissiyasına üzvlərinin də seçkisi baş tutub. Milli Olimpiya Komitsəinin mətbuat xidmətinin məlumatına görə, Lyudmila Şubina, Hicran Şərifov, Balakişi Qasımov, Niyaməddin Paşayev və Yaşar Bəşirov Təftiş Komissiyasına üzv seçiliblər.