“Boğaziçi” restoranı cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il dekabrın 15-də ölkə üzrə 382 ictimai iaşə obyektində 669 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail‎ rayonu, Bülbül pr., ev 10, m.5 ünvanında yerləşən, fiziki şəxs Aslanov Asim Həsən oğluna məxsus “Boğaziçi” restoranı;

2. Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küç., ev 53 ünvanında yerləşən, hüquqi şəxs “Yoshi sushi Elmlər” MMC-yə məxsus “Yoshi sushi” restoranı;

3. Bakı şəhəri, Səbail‎ rayonu, Bülbül pr., ev 11A ünvanında yerləşən, fiziki şəxs Zeynalov Paşa Habil oğluna məxsus kafe;

4. Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsində yerləşən, hüquqi şəxs “Fbco” MMC-yə məxsus restoran;

5. Gəncə şəhəri, C. Cabbarlı küç., ev 13 ünvanında yerləşən, fiziki şəxs Paşayev Faiq Aydın oğluna məxsus “Kristal” kafesi;

6. Oğuz rayonu, H. Əliyev küçəsində yerləşən, fiziki şəxs Alxaslı Nurçin Alamməd oğluna məxsus kafe;

7. Oğuz rayonu, 20 Yanvar küç., ev 31 ünvanında yerləşən, hüquqi şəxs “Afra Ltd” MMC-yə məxsus “AFRA” hotelin tərkibində fəaliyyət göstərən restoran.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.