Azərbaycanın xaricə satdığı məhsullar kəskin bahalaşıb

2021-ci ilin oktyabr ayında Azərbaycana idxal olunan məhsulların qiymət indeksi bu ilin sentyabr ayı ilə müqayisədə 1.6% artıb, 2020-ci ilin oktyabr ayı ilə müqayisədə 20.2% artıb. 2021-ci ilin yanvar-oktyabr aylarında idxal olunan məhsulların qiymət indeksi isə 2020-ci ilin yanvar-oktyabr aylarına nisbətən 21.4% təşkil edib.

Foodinfo.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.

2021-ci ilin oktyabr ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 8.6%, 2020-ci ilin oktyabr ayı ilə müqayisədə 74.5% artıb. 2021-ci ilin yanvar-oktyabr aylarında ixrac olunan məhsulların qiymət indeksi isə 2020-ci ilin yanvar-oktyabr aylarına nisbətən isə 46.9% təşkil edib.