18 milyon dollarlıq nar ixrac edilib

2021-ci ilin 10 ayı ərzində (yanvar-oktyabr) Azərbaycandan 18 milyon 63 min dollarlıq nar ixrac edilib.

Foodinfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ixrac edilən narın miqdarı 13 min 172 ton olub. Narın 1 tonunun ixrac dəyəri 1371 dollar (2331 manat və ya kiloqramı 2,3 manat ) təşkil edib.

Dövlət Gömrük Komitəsin 2020-ci ilin ilk 10 ayı ərzində nar ixracı barədə rəqəmləri açıqlamamışdı.