Məktəbəqədər təhsil müəssisələrinin məsul şəxsləri ilə növbəti görüş keçirilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən ölkə ərazisində fəaliyyət göstərən bır sıra məktəbəqədər təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə növbəti görüş keçirilib. Videokonfrans formatında keçirilən iclasda məktəbəqədər təhsil müəssisələrində qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, qida təhlükəsizliyi tələblərinə əməl olunmasının zəruriliyi iştirakçıların diqqətinə çatdırılıb.

Foodinfo.az-ın məlumatına görə, görüşdə Agentliyin əməkdaşları tərəfindən təqdimatlar nümayiş etdirilib və məktəbəqədər təhsil müəssisələrinin işçilərinə qida təhlükəsizliyi ilə bağlı metodiki göstərişlər verilib.

Sonda tədbir iştirakçılarının sualları Agentlik mütəxəssisləri tərəfindən cavablandırılıb. Qeyd edək ki, bununla bağlı Agentliyin  təşəbbüsü ilə təşkil olunan bu görüşlər  silsilə xarakter daşıyır və mütəmadi şəkildə davam etdirilməkdədir.