“Bitki yağının, şəkərin qiymətinin artması daha da sürətlənib”

“Bitki yağının, şəkərin qiymətinin artması daha da sürətlənib”.

Foodinfo.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Sorğular nəticəsində əhalinin cəmi 4,1-dən az hissəsi inflyasiyanın artmasını gözləyir”, – o vurğulayıb.

Elman Rüstəmov əlavə edib ki, bu il ölkədə fiskal sabitlik təmin edilib: “Dövlət borcunun səviyyəsi məqbuldur, tədiyyə balansı profisitlidir”.

Bunda başqa, baş bankir deyib ki, Azərbaycanın milli valyutasının məzənnəsi sabitdir: “Cari ilin əvvəlindən pul bazası artıb. Bütövlükdə iqtisadi artımın bərpası və infilyasiyanın sürətlənməsi baş verir”.

“Cari ildə maliyyə və bank sektoru maliyyə sabitliyini qoruyub”, – Elman Rüstəmov parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib.

“Vaxtı keçmiş kreditlər 5 faiz azalıb. Kredit portfeli isə 10 faiz artıb”, – o vurğulayıb.