AQTİ ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Azərbaycan Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Foodinfo.az-ın xəbərinə görə, memorandumda bitkiçilik üzrə tədris imkanlarının inkişaf etdirilməsinin və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasının əhəmiyyəti nəzərə alınaraq tərəflər arasında birgə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub.

Əməkdaşlıq çərçivəsində bitki sağlamlığı sahəsində müştərək layihələrin hazırlanması və həyata keçirilməsi, bitki və bitkiçilik məhsullarının risk təhlükəsinin müəyyən edilməsi, pestisid qalıqlarının izlənmə sisteminin qurulması, həmçinin aqrokimyəvi maddələrin tətbiqi istiqamətində bilik və bacarıqların mübadiləsi planlaşdırılır.

Anlaşma Memorandumunun məqsədi qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək və ikitərəfli əməkdaşlığı gücləndirməkdir.