Azərbaycanda xaricdən gətirilən mal-qara ouksionla satılacaq

Noyabrın 12-də Azərbaycanda ilk dəfə olaraq müasir heyvandarlıq kompleksi istifadəyə veriləcək.

Foodinfo.az xəbər verir ki, heyvandarlıq kompleksi sərgi salonundan, auksion mərkəzindən, ferma, sağım məntəqəsi, heyvanlara tibbi yardım məntəqəsi və s. funskional binalardan ibarətdir.

Tədbir çərçivəsində Azərbaycanda ilk dəfə olaraq auksion mərkəzində yerli damazlıq təsərrüfatlarda yetişdirilən heyvanlarla yanaşı, Avropadan gətirilən heyvanlar da satışa çıxarılacaq. Bu müasir kompleks cins heyvanların alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha əlçatan edəcək. Belə ki, bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçiriləcək.

Açılış mərasimində Kənd təsərrüfatı nazirinin müavini, KTN-nin tabeli qurumlarının rəhbərləri, heyvandarlıq təsərrüfatı ilə məşğul olan fermerlər və digər qonaqlar iştirak edəcək. Mərasimdə kompleksin bütün xidmət fəaliyyətləri əyani nümayiş olunacaq və canlı olaraq auksiyonda heyvan satışı həyata keçiriləcək.