Bu restoranlar cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 7-də ölkə üzrə 393 ictimai iaşə obyektində 667 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən, hüquqi şəxs “Aleyna Kuyumculuk Gida Tekstil İnşaat Elektronik İthalat İhracat Sanayi Ve Ticaret Limited” şirkətinə məxsus “Bay dönər” restoranı;

2. Bakı şəhəri, Nəsimi rayonu, Nizami 77 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Pərvin Məmməd oğluna məxsus kafe;

3. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən, fiziki şəxs Kök Murada məxsus “Boluda Mangal Kayefi” kafesi;

4. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən, hüquqi şəxs “Park Zəfəran” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Park Zəfəran” restoranı;

5. Bakı şəhəri, Yasamal rayonu, İzmir 5 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Şixsəid Qurban oğluna məxsus “Ay Qonşu” restoranı;

6. Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun 934 ünvanında yerləşən, fiziki şəxs Rəsulov Anar Elman oğluna məxsus “Cinema Plaza” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.