“Azersun Holding” işçilər axtarır

Kateqoriya mütəxəssisi

Son tarix 05 dek 2021 

Foodinfo.az-ın məlumatına görə, vəzifə tələbləri aşağıdakılardır:

  • Ali təhsilli (menecment, iqtisadiyyat, marketinq sahəsində) olmalı;
  • Müvafiq sahədə 1 il iş təcrübəsi olmalı;
  • Ünsiyyət qurabilmə, azərbaycan dilində səlis danışıq bacarığı olmalı;
  • Bazar qiymətləri, rəqabətlilik haqqında məlumatlı olmalı;
  • Müxtəlif bölgələrdəki marketləri və müştəri profillərini yaxşı bilməli;
  • MS Office (xüsusən Excel) proqramlarını əla səviyyədə bilməli;
  • Rus dilini yaxşı səviyyədə bilməli; İngilis dili biliyi arzu olunandır.

İş təsviri:

  • Satış analizləri və bazar araşdırmalarının həyata keçirilməsi;
  • Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
  • Marketlərlə promo-aksiyalarla bağlı işlərin aparılması;
  • Məhsul seçimi və qiymət məsələləri ilə bağlı müvafiq şirkətlərlə görüşmələrin aparılması;
  • Endirim kataloqlarının planlanması;
  • Müxtəlif kateqoriyalarda yeni trendlərin araşdırılması.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kateqoriya mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.

 

Help Desk

Son tarix 05 dek 2021

Vəzifə tələbləri:

  • Aidiyyatı sahə üzrə ali təhsil;
  • 1-3 il iş təcrübəsi ;
  • Əməliyyat sistemlərini bilməli;
  • Rus və ingilis dillərini yaxşı səviyyədə bilməli
  • CCNA , Microsoft OS sertifikatları arzu olunandır
  • Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli;
  • Kompüterlərin ehtiyatlarının alınması, məlumatların arxivləşdirmə və klonlama prinsiplərini bilməli;
  • İnsanlarla qarşılıqlı ünsiyyət qurmağı və öz fikrini sərbəst ifadə etməyi bacarmalı;
  • Eyni vaxtda bir neçə işə fokuslana bilməli;
  • Ezamiyyətlərə gedə bilməli.

İş təsviri:

  • Yeni əməkdaşların ehtiyacına uyğun proqramların qurularaq təslim edilməsi;
  • Köhnə proqram təminatının yeni versiyalarla əvəzlənməsi prosesini həyata keçirməsi;
  • İT cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz edilməsi;
  • Printer, Scaner, Fax və s kimi avadanlıqların quraşdırılması;
  • Kompüter, proqram təminatı ilə bağlı məsələlər üzrə şirkət işçilərinə dəstək və təlim işlərinin təmin edilməsi;
  • PC, notebook, MS Windows əməliyyat sistemi ilə çalışan digər cihazların test edilməsi;
  • Yeni açılan ofislərin İT infrastruktrunun (mağaza, anbar, iş yerləri və s.) hazırlanması.

Tələblərə Cavab verdiyiniz təqdirdə CV-nizi göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Help Desk” qeyd etməyiniz xahiş olunur.

Direktor assistenti

Son tarix 03 dek 2021

Namizədə aid tələblər:

  • Ali təhsilli olmalı;
  • Müvafiq sahədə 1-3 il təcrübə;
  • Rus/İngilis dillərini yaxşı səviyyədə bilməli;
  • Ofis proqramlarını bilməli;
  • Ezamiyyətlərə gedə bilməli.

İş haqqında məlumat:

  • Sənədləşmə və yazışma işlərinin həyata keçirilməsi;
  • Toplantı qeydlərinin aparlmasi;
  • Birlikdə işlədiyi rəhbərin gündəlik iş görüşmələri, randevularının tənzimlənməsi;
  • Müxtəlif növ hesabatların hazırlanması.

İş qrafiki: Həftə içi 5 gün.

İş yeri: Bakı şəhəri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini mövzu hissəsində vəzifənin adını (“Direktor assistenti”) qeyd etməklə göndərə bilərlər.