Sink azalanda bədənimizdə nə baş verər?

Sink koronavirus gələndən dəbə minib. Hamı xəstələnəndə sink alıb içir. Halbuki o koronanın yox, ümumilikdə bədənin sağlamlığı üçün vacibdir.
Orqanizmdə sink çatışmayanda insan halsız olur, bədən tükənir. Sink daha çox ət məhsullarındadır. Əti az yeyən insanda mütləq defisit var.
Foodinfo.az Medicina.az-a istinadən sinkin əlamətlərini təqdim edir:
– Yuxunun pozulması
– Əhvalın daim pis olması
– Hər şeyə əsəbləşmək, qıcıq
– Bədəndə toksinlərin toplanması
– Temperaturun 37-ə çatması
– Yorğunluq, halsızlıq
– Fiziki iş görə bilməmək
– Daim susuzluq və aclıq hissi
– Depressiya
– Üzün rənginin bozumtul olması
– Dırnaqlaırn, saçların qırılması
Əgər siz ət, dəniz məhsulu, qoz, fındıq yemirsizsə, o zaman sinki əlavə dərman preparatları ilə qəbul etməlisiz.