“Öz kardeşlər” restoranı cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Foodinfo.az-ın xəbərinə görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 3-də ölkə üzrə 397 ictimai iaşə obyektində 693 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai ‎rayonu, Məmmədov 41 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Telman Tofiq oğluna məxsus “Faxralı” restoranı;

2. Bakı şəhəri, Binəqədi ‎ rayonu, Ə.Naxçıvani 24 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Etiraz Atıf oğluna məxsus “Öz kardeşlər” restoranı;

3. Bakı şəhəri, Nizami rayonu, Şərifli 5A ünvanında yerləşən, fiziki şəxs Niftullayev Şəmsəddin Məmmədəli oğluna məxsus kafe;

4. Bakı şəhəri, Yasamal rayonu, İzmir 5 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Zəfər Afiq oğluna məxsus “Piccolino” restoranı;

5. Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən, fiziki şəxs Bağırov Arif Nofəl oğluna məxsus çay evi;

6. Bakı şəhəri, Xətai ‎rayonu, Məmmədov 41 ünvanında yerləşən, fiziki şəxs Kərimov İbrahim İlham oğluna məxsus “Old Baku” çay evi;

7. Bakı şəhəri, Suraxanı rayonu, Bayramov küçəsində yerləşən, fiziki şəxs Əliyev Emil Akif oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.