Məhsul bol, alıcı yox..  

Samux rayonunda xurma bağlarında yetişən məhsullar indi satılmır. Daha doğrusu, bu il məhsullara təklif olunan qiymət kəndliləri qane etmir.

Foodinfo.az xəbər verir ki, fermerlərin sözlərinə görə, ötən il məhsullar 3-4 manata satılırdısa, bu il qiymət iki-üç dəfə ucuzlaşıb.

Samux rayonunda əsas məşğuliyyət növlərindən biri xurma bağlarında yetişdirilən məhsulların satışıdır. Rəsmi rəqəmlərə görə, rayonda ümumilikdə 588 hektar ərazidə xurma bağı salınıb.