Spirtli içkilər üçün aksizlər artırılacaq

Azərbaycanda Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən alkoqollu içkilər üçün aksiz vergisi artirilacaq.

Foodinfo.az xəbər verir ki, yenilik spirt, tündləşdirilmiş içkilər və konyaka aid olacaq onların hər litr üçün aksizlər 80 qəpik artacaq. Məcəllədə müvafiq maddələr belə olacaq:

190.3.1. içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti) hər litrinə – (hazırda 3,2 manatdır) 4,0 manat;

190.3.2. araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları – hər litrinə (hazırda  3,2 manatdır) 4,0 manat;

190.3.3. konyak və konyak materialları – hər litrinə (hazırda  3,2 manatdır) 4,0 manat.