Hava ilə bağlı xəbərdarlıq

Oktyabrın 29-u axşamdan 30-u gündüzədək Bakıda və  Abşeron yarımadasında qısa fasilədən sonra 31-i axşamdan noyabrın 01-i səhərədək arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi  ehtimalı var. 

Foodinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda deyilir.

Azərbaycanın rayonlarında isə oktyabrın 29-u axşamdan 30-u gündüzədək, qısa fasilədən sonra 31-i axşamdan noyabrın 01-i səhərədək  ölkə ərazisində hava şəraitinin qeyri sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.