İnsanın beynini qurudub məhv edən qida açıqlandı

Bu qidanın çox miqdarda hər gün yeyilməsi təzyiq, diabet, şiş xəstəlikləri yaradır, beyni məhv edir.
 
Foodinfo.az Medicina.az-a istinadən xəbər verir ki, dietoloq həkim Mixail Qinzburq təhlükəli qidanı açıqlayıb.
Bu, tərkibində yüksək miqdarda rafinə olunmuş karbohidrat olan ərzaqlardır: şirniyyat, müxtəlif şəkərli qidalar, qənd və şəkərdir.
Bu tərkibdə qidalar insan beyninə və koqnitiv funksiyalara mənfi təsir edir.
“Bizim metobolizmimiz onu həll etmək üçün uyğun deyil. Şəkərli qida yeyən kimi qanda qlükoza ildırım sürətilə artır, orqanizm bundan özünü müdafiə etmir, qlükoza qanda dövr edir və bu proses müxtəlif xəstəliklərə səbəb olur.
Rafinə olunmuş şəkər diabet, xərçəng, hipertoniya, metobolik pozulma, piylənmə və beynin işinin pozulmasına gətirib çıxarır.
Bu adamlarda qocalığa çatmadan Alsgeymer, demensiya, görmədə zəiflik yaranır.
Hətta indi marketlərdə satılan müasir meyvə sortları da tərkibində süni şəkildə şəkəri artıqmaq nəticəsində yaranıb. Ona görə faydalıdır deyə, belə meyvələri də çox yemək olmaz”.