Bu ictimai iaşə obyektləri cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Foodinfo.az-ın xəbərinə görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il oktyabrın 20-də ölkə üzrə 402 ictimai iaşə obyektində 695 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nizami ‎rayonu, Qara Qarayev pr. 54 ünvanında yerləşən, fiziki şəxs Rzayev Pərviz Aslan oğluna məxsus “Köz Halil Usta” dönər evi;

2. Bakı şəhəri, Yasamal ‎ rayonu, M. Naxçıvani küçəsində yerləşən, hüquqi şəxs “Entree Azərbaycan” MMC-yə məxsus restoran;

3. Bakı şəhəri, Nəsimi rayonu, L. Tolstoy küçəsi 155 ünvanında yerləşən, hüquqi şəxs “ICE PACK” MMC-yə məxsus kafe;

4. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Sergey Yesenin küçəsində yerləşən, fiziki şəxs Qədirov Bəxtiyar Ağakərim oğluna məxsus “Köz Xəlil” dönər evi.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.