Bioloji fəallığa malik qida əlavələrinin istehsalı, idxalı və istehlakı ilə bağlı tələblər izləyicilərin diqqətinə çatdırılacaq

21 oktyabr 2021-ci il tarixində saat 16:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Təhlükəsiz qida” adlı onlayn verilişi “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq.
Verilişdə bioloji fəallığa malik qida əlavələrinin istehsalı, idxalı və istehlakı ilə bağlı tələblər izləyicilərin diqqətinə çatdırılacaq.
Foodinfo.az xəbər verir ki, canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları AQTA-nın şöbə müdiri Ramazan Nəbiyevə ünvanlaya bilərsiniz.
Qeyd edək ki, “Təhlükəsiz qida” layihəsinin həyata keçirilməsində məqsəd istehlakçıların, habelə qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsini təmin etməkdir.