Baytarlıq preparatlarının idxalı ilə məşğul olan sahibkarlarla növbəti görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq preparatlarının idxalı ilə məşğul olan sahibkarlarla videokonfrans formatında görüş keçirib.

Foodinfo.az-ın məlumatına görə, tədbirdə idxal olunan baytarlıq preparatlarının, yem və yem əlavələrinin qida təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyətə malik olduğu iştirakçıların diqqətinə çatdırılıb və idxal olunan məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara cavab verməsinin vacibliyi vurğulanıb.

Görüşdə idxal prosedurlarının həyata keçirilməsi, dərman preparatlarının topdan və pərakəndə satışının təşkili, neqativ hallarla birgə mübarizə, dərman preparatlarının qeydiyyatı ilə bağlı məsələlər müzakirə olunub, sahibkarların bu məsələlərə dair təklifləri qiymətləndirilib.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.