Azərbaycandan Rusiyaya göndərilmiş məhsullar qonşu ölkədə məhv edilib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycan, Özbəkistan və Tacikistandan bu ölkəyə ixrac olunmuş 8,8 ton məhsulun karantin tələblərinə uyğun olmaması qənaətinə gəlib.

Foodinfo.az bu barədə “Rosselxoznadzor”a istinadən xəbər verir.

Məlumata görə, həmin məhsulların istiqaməti qonşu ölkənin Samara vilayəti olub. Söhbət təzə gilas, təzə ərik, təzə limon, təzə ləçək, quru ərik, fıstıq, badam, fıstıq, kişmiş, ərik dənələri və qoz ləpəsindən gedir. Məhsullar yerli qanunvericiliyə uyğun olaraq məhv edilib.