Ağstafada qadın sirkə turşusundan zəhərlənib

Ağstafa rayonunda yerli sakin sirkə turşusundan zəhərlənib.

Foodinfo.az xəbər verir ki, “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Qırlı kəndində qeydə alınıb. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Qadının hansı səbəbdən sirkə turşusu içdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.