Azərbaycan Gürcüstandan şərab idxalını 21% artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstandan 162 527 şüşə şərab idxal edib.

Foodinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Şərab Agentliyindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 21% çoxdur.

Ümumilikdə 9 ay ərzində Gürcüstan 60 ölkəyə 72,5 milyon şüşə şərab ixrac edib və 168 milyon ABŞ dolları gəlir əldə edib. Bu illik müqayisədə 11% çoxdur.

Hesabat dövründə gürcü şərabının strateji bazarlara – Polşa, Çin, Latviya, Litva, ABŞ, Almaniya və Böyük Britaniyaya ixracının artım dinamikası saxlanılıb.