Qoşqar Təhməzli “Azərsun Holdinq” şirkətlər qrupunun rəhbərliyini qəbul edib

7-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Azərsun Holdinq” şirkətlər qrupunun rəhbərliyini qəbul edib.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, görüşdə AQTA sədri Q. Təhməzli ölkəmizdə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığının təmin edilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin bütün zəruri metodiki göstərişlərə əməl etməsinin vacib olduğunu bildirib. Qeyd edilib ki, əhalinin təhlükəsiz və sağlam qida məhsulları ilə təmin olunmasında qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür.

Səmimi qəbula görə təşəkkür edən “Azərsun Holdinq” şirkətlər qrupunun rəhbərliyi əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması, həmçinin istehlakçı hüquqlarının müdafiəsi istiqamətində səylərin daha da artırılacağını bildirib.

Görüş çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən metodiki dəstəyin artırılması və əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.