Qəhvə qorxulu xəstəliyin yaranma riskini azaldır

Tədqiqatçılar sinir sistemi xəstəliyi ilə kofein tərkibli qidaların qəbul edilməsi arasındakı əlaqəni geniş miqyaslı şəkildə təhlil ediblər.

Bütün dünyada alimlər qəhvə içməyin faydası və ziyanı haqqında mübahisə etməyə davam edirlər.

Foodinfo.az “Medik Forum”-a istinadən xəbər verir ki, bu sahədə növbəti irəliləyiş, Parkinson xəstəliyinin inkişafına və qəhvə və kofein tərkibli məhsulların tədqiqat sahəsinə daxil olan xəstələr tərəfindən qəbul edilməsinə toxunan bir çox digər müşahidələrin məlumatlarının meta-təhlilini aparan tədqiqatçılar tərəfindən edilib.

Alimlər müəyyən ediblər ki, müntəzəm olaraq kofein qəbul edən sağlam insanlarda, sonrakı qiymətləndirmə zamanı bu xəstəliyin inkişaf riski əhəmiyyətli dərəcədə aşağı olur.