Ərzaq məhsulları rekord həddə bahalaşıb

Hazırda dünyada ərzaq məhsulları 27% bahalaşaraq son illərin rekord həddinə çatıb.

Foodinfo.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın analitik informasiya agentliyi “İNFOLine” yayıb.

Məlumata görə, qiymət artımı təkcə meyvə-tərəvəz, süd məhsullarında yox, həm də gübrə və yem qiymətlərində hiss olunur. Bahalaşmanın daha çox kartofda təqribən 1, 77% olduğu müşahidə edilib.

Agentlik, eyni zamanda alıcılıq qabiliyyətinin sərhədsiz olduğunu, bunun isə öz növbəsində müəyyən səviyyədən sonra stabilləşməyə gətirib çıxaracağını da vurğulayıb.