4 sahibkarlıq subyektində apa

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il oktyabrın 4-də qida məhsulları sahəsində fəaliyyət göstərən 37 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, qeyd edilən tarixdə 4 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.