Ömrü uzadan içki

Hər gün süd içmək sağlamlığa təsir edə və hətta ömrü uzada bilər.

Bu qənaətə İngiltərənin Redinq Universitetinin alimləri gəliblər.

Foodinfo.az xəbər verir ki, “Express” saytında yayımlanan məqaləyə görə, bu fakt 2 milyon ABŞ və İngiltərə sakinləri üzərində yoxlanılıb. Alimlər müəyyən edib ki, süd sevən insanlarda ürəyin işemik xəstəliyi riski 14% azalır. Bununla bərabər qeyd olunur ki, süd 18-20% zülal və amin turşuları, həmçinin doymuş yağlar ehtiva edir.