Sabahın hava proqnozu

Azərbaycanda sentyabrın 28-də  gözlənilən hava şəraiti açıqlanıb. 

Foodinfo.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-22° isti, Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacaq.

Atmosfer təzyiqi  761 mm  civə  sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət  60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz: Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Əsasən şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°  isti, gündüz 20-25° isti, dağlarda gecə 4-8° isti, gündüz  8-13° isti olacaq.