“Araz Supermarket” işçi axtarır

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Araz Supermarketlər Şəbəkəsi “İctimaiyyətlə Əlaqələr üzrə aparıcı mütəxəssis” vakansiyasını elan edir!

Foodinfo.az xəbər verir ki, tələblər aşağıdakılardır:

– Ali təhsil;
– Kommunikasiya, reklam, layihə, media sahələrində 3 il iş təcrübəsi;
– Dil bilikləri – ana dili səlist ( Rus , İngilis dili üstünlükdür);
– MS Office bilikləri;
– Layihə yönümlü, yüksək ünsiyyət bacarıqları, media, dövlət idarələri, Gənclər və İdman nazirliyi, beynəlxalq layihələrdə təcrübə (Bakı Avropa oyunları, Bakı İslam oyunları, Formula yarışları…).

Vəzifə öhdəlikləri :

– Şirkətin fəaliyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması sahəsində işlərin təşkilini həyata keçirmək;
– Şirkətin ictimaiyyətlə əlaqələr sahəsindəki fəaliyyətinin təkmilləşdirilməsi və effektivləşdirilməsi istiqamətində təkliflər hazırlamaq və hesabat verdiyi instansiyaya təqdim etmək;
– Öz fəaliyyəti ilə bağlı dövri hesabatlar (müvafiq sahədə həyata keçirilmiş tədbirlərə dair məlumatlar, statistik göstəricilər və s.) hazırlamaq;
– Ehtiyac olduğu halda şirkət tərəfindən görülmüş işlər barədə press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlanmasına dəstək olmaq;
– Şirkətin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan materialların gündəlik monitorinqini aparmaq və bu barədə hesabat verdiyi instansiyaya məlumat vermək;
– İctimaiyyətlə əlaqələr və KSM layihələrinin hazırlanması, büdcələnməsi, layihənin effektivliyinin analiz edilməsi və arxivləşdirilməsi proseslərini həyata keçirmək;
– KİV-də, o cümlədən, yazılı və elektron mətbuatda, sosial şəbəkələrdə şirkət haqqında dərc olunmuş informasiyaları araşdırmaq, neqativ hallar mövcud olduqda bu halın aradan qaldırılması üçün müvafiq tədbirlər görmək.

Təminatlar:

– Nahar ilə təmin edilmə;
– Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
– 5 günlük iş qrafiki;
– Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İctimaiyyətlə Əlaqələr üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.