Azərbaycan Rusiyadan kolbasa idxalını 21% artırıb

Azərbaycan bu ilin səkkiz ayı ərzində Rusiyadan 2,9 min ton kolbasa məmulatları idxal edib.

Foodinfo.az xəbər verir ki, bu, ötən ilin analoji göstəricisi ilə müqayisədə 21 % çoxdur.

Qeyd edilir ki, Azərbaycan Rusiyanın kolbasa tədarük etdiyi 3 əsas bazardan biridir. Belə ki, əvvəlki yerləri müvafiq olaraq Qazaxıstan (22,1 min ton) və Ukrayna (5,5 min ton) bölüşür.