Gündə yarım nar yeməyin 5 faydası

Gündə cəmi 30 qram nar, yəni bir narın yarısını yemək və ya şirəsini içmək insult və infarkt riskini azaldır.
 
Foodinfo.az xəbər verir ki, rusiyalı diyetoloqlar narın qanda xolesterini azaltdığını bildirib.
Bu meyvə demensiya, qocalıq ağıl kəmliyi, kişilərdə prostat, qadınlarda süd vəzi xərçənginə qarşı da təsir edir.
Nar ən güclü antioksidantdır və hər gün yeyilərsə cəmi 3 ay ərzində bütün orqanizmə effektini göstərəcək.
O, sərbəst radikalları orqanizmdən kənarlaşdırır.