Çölyak xəstəliyi nədir?

İmmun sistemimiz bakteriyalara, viruslara qarşı antitellər yaradaraq bizi qoruyur. Ancaq bəzən bizə xeyirli maddələrə qarşı da antitel yaranır.

Foodinfo.az çölyak xəstəliyi və yarnaması haqqında məqaləni təqdim edir:

Çölyak xəstəliyində qlütein adlı proteinə qarşı yaranan antitellər nazik bağısaqları zədələyir və həzm, sorulma prosesləri pozulur. Xüsusilə dəmir və fol turşusu sorulması pozulur. Qlütein xüsusilə buğda, arpa, yulaf kimi yarmalarda çoxdur.

Çölyak xəstəliyinin simptomları bəzən çox zəif, bəzən çox şiddətli olur, buna görə bir neçə tipi olur:

– Klassik Çölyak

Daha çox südəmər dövrdə un məhsullarına keçən zaman meydana çıxır. İnkişafdan geri qalma, xroniki ishal, qarında şişkinlik, iştahasızlıq, qusma, əzələ zəifliyi kimi əlamətlər görülür.

– Atipik Çölyak

Adətən 5-6 yaşdan sonra və böyüklərdə görülür. Boy qısalığı, cinsi inkişafda gecikmə, diş minası defektləri, dəmir çatışmazlığı ilə yanaşı təkrarlayan qarın ağrısı, ürəkbulanma, qusma, qaraciyə sınaqlarının yüksəlməsi, qəbizlik, albumin azlığı kimi atipik əlamətlər görülür.

– Səssiz çölyak

Bu zaman xəstəlik təsadüfən tapılır, xüsusi şikayət olmur.

Bir də Çölyak olmayan qlüteinə qarşı həssaslıq var ki, bu da əhalinin 20%də rast gəlinir. Baş ağrısı, diqqət pozğunluğu, oynaq ağrıları, ayaqda, qollarda, əllərdə keyimə hissi olanlarda mütləq araşdırılmalıdır.

Ümumiləşdirsək kimdə qarın ağrısı, qanazlığı, ishal, qusma, qəbizlik, açıq rəngli və pis iyli nəcis ifrazı, qarında şişkinlik, köp, çəki azlığı, yorğunluq, halsızlıq, oynaq və sümük ağrıları, dəmir çatışmazlığı, baş ağrısı, səbəbi tapılmayan qaraciyər xəstəliyi, ruh dəyişilikləri, sonsuzluq varsa çölyak xəstəliyi ola bilər.

Çölyak xəstəliyinin müalicəsində qlütensiz pəhrizə əməl olunmalı, sorulmayan mineral və vitaminlər yerinə qoyulmalı, bağırsaq mukozasının bərpası üçün mikrobioloji müalicə aparılmalıdır.