39 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il sentyabrın 22-də qida məhsulları sahəsində fəaliyyət göstərən 39 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.