Əsəb sistemi üçün vitamin və qidalar

Sinir, əsəb sisteminin normal fəaliyyəti, insanın psixi gərgin vəziyyətlərə və xroniki stresə davamlı olması üçün Mərkəzi, periferik sinir sistemi və beyinə nələr lazımdır?
Foodinfo.az Medicina.az-a istinadən beyinin, sinir sisteminin bərpası üçün lazım olan maddələrin siyahısını təqdim edir.
1. Oksigen miqdarı – bunun üçün qanda hemoqlobin, B 12 vitaminin miqdarı normada olmalıdır
2. B qrup vitaminləri – beyin və sinir hüceyrələrinin maddələr mübadiləsini təmin edir
3. Askorbin turşusu, yəni C vitamini
4. E vitamini – sinir hüceyrələrini bərpa edir, yeniləyir
5. A vitamini
6. Omeqa 3- balıq yağı
7. Maqniy, kaliy, selen mineralları – sakitləşdirir, yeni neyronlar yaradır
8. D vitamini
9. Qlükoza və karbohidratlar – energetik ehtiyatı təmin edir
 
Sinirlərin sevdiyi qidalar:
– Bütün qozlar, fındıq, badam – təsadüfi deyil ki, bunların forması da beyinə oxşayır.
– İspanaq, cəfəri, göyərtilər
– Giləmeyvələr – onlarda çox miqdarda vitamin, C vitamini vardır. Sinir hüceyrələrini yeniləyir
– Qara təmiz şokolad – beyin damarlarını genişləndirir, oksigeni artırır
– Yarmalar, taxıllar – qara çörək və s. B vitaminləri ilə zəngindir
– Yağlı balıq, balıq yağı, kürü, dəniz məhsulları – nevroz, depressiyanın dərmanıdır
– Pendir – istər sarı, istər ağ
– Banan – maqniy, kaliy mənbəyidir
– Təmiz bal – beyini təmiz qlükoza ilə təmin edir
 
Sinir hüceyrələrini nə öldürür?
– Ağ un, ağ çörək, şəkər tozu, qızartma yeməj, trans yağ, marqarin, qazlı şirəli sular, yağlı ət, soya sousu, içki, narkotik, siqaret