Azərbaycan Rusiyadan xəngəl idxal edir

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Şimal-Qərb Bölgələrarası Ofisinin müfəttişləri ilin əvvəlindən etibarən 32 tondan çox 8 partiya ətli yarımfabrikatların (pelmeni, mantı və xəngəl) ixracına icazə verib.

Bu barədə Foodinfo.az “Rosselxoznadzor”a istinadən xəbər verir.

Məlumata görə, 31 tondan çox pelmeni Azərbaycana, Honkonqa, Səudiyyə Ərəbistana ixrac edilib, 544 kq xəngəl və 32 kq mantı məhz Honkonqa göndərilib.

Məhsul ixracatçıları Sankt -Peterburq, Bryansk və Belqorod bölgələrindən olan şirkətlərdir.