Nar sirkəsinin FAYDALARI

Nar bol miqdarda antioksidant ehtiva edən bir meyvədir. Qanı artıran, orqanizmə dinclik bəxş edən nar sadəcə sağlamlığın keşiyində dayanmır. Nar həm də gözəllik üçün əvəzedilməz məhsuldur.
Foodinfo.az medicina.az-a istinadən bildirir ki, bu meyvə sızanaqları yox edir və dərini gözəlləşdirir.
Narın sirkəsi isə daha tez təsir göstərir. Artıq dünyanın bir çox ölkəsində fəaliyyət göstərən gözəllik mərkəzlərində nar sirkəsiylə edilən proseduralar var.
Sirkə adətən almadan və üzümdən hazırlanır. Marketlərdə nar sirkəsi tapmaq çətindir. Ancaq təəssüflənməyə dəyməz. Çünki nar sirkəsini evdə da hazırlaya bilərsiniz.
İstədiyiniz miqdarda nar götürüb sıxaraq suyunu çıxarın. Yerdə qalan dənələri qabıqdan təmizləyib nar suyunun içərisinə qatın. Nar suyunun üzərinə elə özü qədər normal su əlavə edin. Bu qarışımı şüşə qaba doldurub içərisinə bir xörək qaşığı qaya duzu tökün. Qabın ağzını təmiz parçayla bağlayın. Rezin və ya başqa qapaqlardan istifadə etməyin ki, qaba hava daxil ola bilsin.
Qabı qaranlıq və rütubətsiz yerdə saxlayın. 2 ay sonra nar sirkəniz istifadə üçün hazır vəziyyətə gələcək.
Süzgəcdən keçirərək təmiz bir şüşə qaba tökün.
Nar sirkəsi damarları açır, qaraciyəri təmizləyir, xolesterini salır.