Azərbaycan çay idxalını 6 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 802 ton çay idxal edib.

Foodinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə çayın dəyəri 35,2 milyon ABŞ dolları təşkil edib.

Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 ton (5,9 %) və 4 milyon 328 min ABŞ dolları (11,5 %) çoxdur.

Hesabat dövründə çay idxalı Azərbaycanın ümumi idxalının 0,57 %-ini təşkil edib.