1 sahibkarlıq subyekti qeydiyyata alınmadı

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il sentyabrın 15-də qida məhsulları sahəsində fəaliyyət göstərən 38 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Foodinfo.az xəbər verir ki, qeyd edilən tarixdə 1 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.