Sabahın hava proqnozu

Sentyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Foodinfo.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən  bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-29° isti olacaq. Bakıda 20-22° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 17-22° isti olacaq.