Koronavirus zamanı müalicəvi çaylar

Koronavirusun yüngül gedişatı (saturasiya 94%-dən yuxarıdır, təngənəfəslik, boğulma, nəbzin artması kimi simptomlar müşahidə olunmur) zamanı heç bir xüsusi malicə tələb olunmur.

Xəstə bol maye içməli,  yüngül qidaları qəbul etməli, daha çox yatmalı və dincəlməlidir. Qızdırma qalxanda parasetamol qəbul etmək olar. Yəni adi soyuqdəymə zamanı olduğu kimi.

Foodinfo.az Rusiya KİV-lərinə istinadla bildirir ki, tanınmış rusiyalı həkim Pavel Evdokimenko  koronavirusun yüngül gedişatı zamanı müalicəvi otlardan istifadə etməyi tövsiyə edir.

1. Cökə çiçəyi çayı

Bu çay iltihabəleyhinə və qızdırmasalan təsirə malikdir.

Çayı hazırlamaq üçün 1 x.q. çökə çiçəyi 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və gün ərzində adi çay kimi 1-2 stəkan olmaqla içilir.

2. Moruq (meyvə və yarpaqlar) çayı

Bu çay da iltihabəleyhinə təsir edir, qızıdırmanı salmağa yardım edir, xəstənin vəziyyətini yüngülləşdirir.

1 x.q. quru moruq və ya 1 x.q. moruq yarpaqlarını 1 stəkan qaynar suda 30 dəqiqə dəmləyin, süzün, gün ərzində 1 -2 stəkan olmaqla için.