Azərbaycandan Rusiyaya gətirilən gavalı partiyasında karantin obyekti aşkarlanıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi tərəfindən karantin fitosanitar nəzarəti çərçivəsində Azərbaycandan gətirilən çəkisi 1,222 ton olan təzə gavalıya baxış zamanı şərq güvəsi (Grapholita molesta Busck) aşkarlanıb.

Foodinfo.az xəbər verir ki, karantin obyektinin olması Federal Xidmətə tabe olan Ümumrusiya Bitki Karantin Mərkəzinin mütəxəssisləri tərəfindən aparılan laborator müayinə ilə təsdiqlənib.Rusiya Federasiyasının fitosanitar qanunvericiliyinə uyğun olaraq, yoluxmuş gavalı “Rosselxoznadzor”un nəzarəti altında məhv edilib.