Məktəblər bu tarixdə açılacaq

Azərbaycanda məktəblərdə əyani təhsilin başlayacağı tarix açıqlanıb.

Foodinfo.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, növbəti tədris ilində Azərbaycan təhsili əyani, ənənəvi təhsil formasına qayıdır: “Sentyabrın 22-dən ibtidai siniflər, sentyabrın 29-dan 5-11-ci siniflər və orta ixtisas təhsil müəssisələri ənənəvi təhsilə qayıdır”.