Azərbaycanda salınacaq kivi bağlarına görə əlavə subsidiya veriləcək

Azərbaycanda 2022-ci ildə salınacaq kivi bağlarına da əlavə olaraq dövlət tərəfindən birdəfəlik subsidiya veriləcək.

Foodinfo.az xəbər verir ki, bunu Aqrar Subsidiya Şurasının 2022-ci il üçün subsidiya əmsallarına həsr olunan mətbuat konfransında çıxış edərkən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov deyib.

O bildirib ki, fermerlər salacaqları bağlara çəkdikləri xərclərin hər hektara görə 9 min manat dövlət tərəfindən ödəniləcək.