Elektrikli torla balıq tutarkən cərəyan vurdu

Sentyabrın 5-i saat 19 radələrində İmişli rayonu, Aranlı kənd sakini 1985-ci il təvəllüdlü Elşad Zeynalovun elektrik cərəyanı vurması nəticəsində ölüb.

Foodinfo.az xəbər verir ki, İmişli rayon prokurorluğundan verilən məlumata görə, Elşad Zeynalov yaşadığı evin qarşısından keçən su kanalında sonluğu elektrik naqilinə bağlanmış dəmir tor vasitəsilə balıq tutarkən elektik cərəyanının vurması nəticəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.