Koronavirusun ağır fəsadlarından qoruyan qidalar

Alimlərin müşahidələrinə görə, bəzi ölkələrdə koronavirusdan ölüm halları dünya üzrə orta göstəricilərdən daha aşağıdır. Ekspertlərin fikrinə görə, bunun səbəblərindən biri qidalanmanın özəllikləri ola bilər.

Kələm turşusu və kimçi (turşu növü) tərkibində olan antioksidantlar sayəsində və həmçinin təbii prebiotik olduğundan immun sistemini gücləndirir və orqanizmi müxtəlif virus və mikroblara və o cümlədən koronavirusa qarşı daha davamlı edir.

Almaniyada kələm turşusu, Koreyada isə kimçi qidalanmaya müntəzəm olaraq daxil edilir və bu 2 ölkədə koronavirusdan ölüm halları nisbətən aşağıdır.

Foodinfo.az The Sun nəşrinə istinadla bildirir ki, Bolqariya, Yunanıstan və Türkiyədə də digər ölkələrlə müqayisədə koronavirusdan daha çox insan sağalır. Bu ölkələrdə yoqurt (qatıq) ən çox istifadə olunan qida məhsulları sırasındadır. Qatıq da antioksidantlarla zəngindir, bağırsaqların mikroflorasına müsbət təsir edir ki, bu da immun sistemini gücləndirir.